MƏDƏNİYYƏT


Azərbaycan komandası “Liqa smexa” mövsümünün ən yaxşı nömrəsinə görə kubok qazanıb

Kiyev, 12 noyabr, AZƏRTAC 

Kiyev şəhərində “Liqa smexa” qış kuboku yarışları keçirilib. AZƏRTAC xəbər verir ki, Liqada Azərbaycanı təmsil edən yeganə kollektiv – “Kak po maslu” komandası 2019-cu ildə mövsümün ən yaxşı nömrəsinə görə kubok qazanıb.

Bu kubok Azərbaycan yumoru tarixinə düşəcək, çünki o, yumoristik “Liqa smexa” şousunda Azərbaycan komandasının qazandığı ilk kubokdur.

Xatırladaq ki, “Kak po maslu” komandası Azərbaycanı beynəlxalq yumor arenasında təmsil edən yeganə kollektivdir.

Komandanın kapitanı Cavid Şahbazbəyov bu hadisəni şərh edərək deyib: “Bizim komandamız yumor janrında kollektiv iş nümunəsidir. Uşaqların hər biri bu nəticəyə nail olmaq üçün əlindən gələni edib. Azərbaycan yumorunda bütövlükdə durğunluq prosesini müşahidə olunduğu bir şəraitdə “Kak po maslu” komandası ölkəmizdə yumorun inkişafı prosesində sanki bir udum təmiz hava rolu oynayıb. Beynəlxalq yumor festivallarında, bu cür layihələrdə Azərbaycanı təmsil edən komandaların sayının çox olması bizim üçün xoşdur. Ona görə də bu ildən etibarən Azərbaycanda “Liqa smexa Azərbaycan” fəaliyyət göstərir”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.