İDMAN


Azərbaycan komandası boks üzrə dünya birinciliyini bürünc medalla başa vurub

Bakı, 20 aprel, AZƏRTAC

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində komandamız bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, yarımfinalda Azərbaycan millisinin üzvü Nicat Hüseynov rusiyalı Robert Bədəlyanla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə N.Hüseynov dünya birinciliyini üçüncü yerdə başa vurub.

Qeyd edək ki, mundialda Azərbaycanı 9 boksçu təmsil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.