İDMAN


Azərbaycan komandası dünya çempionatının ilk iki turunu heç-heçə ilə başa vurub

Bakı, 27 sentyabr, AZƏRTAC

İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatının birinci və ikinci turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı Azərbaycan komandası birinci turda Hindistan yığması ilə heç-heçə edib.

İkinci turda isə yığmamız Ermənistan komandası ilə üz-üzə gəlib. Bu turda da heç-heçə qeydə alınıb.

Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.