İDMAN


Azərbaycan komandası fudokan üzrə Avropa çempionatında iştirak edəcək

Bakı, 19 sentyabr, AZƏRTAC

Oktyabrın 2-6-da Polşanın Katovis şəhərində fudokan idman növü üzrə 25-ci Avropa çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avropa çempionatında 8 nəfərlik heyətlə təmsil olunacaq. Belə ki, Avropa çempionatında mübarizə aparacaq idmançılar Ülvi Məmmədov, Əsəd İmanov, Nicat Əsədov, Elməddin Səlimli ilə yanaşı, Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Gündüz Vəliyev, məşqçilər Xəyal Fərhadov və Əmirqulu Quliyev də yarışa yollanacaqlar.

Qitə çempionatında 30-dan çox ölkə iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.