CƏMİYYƏT


Azərbaycan könüllüləri dayanıqlı şəhər mobilliyi vizyonu ilə bağlı layihə təkliflərini təqdim ediblər

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan könüllüləri (Nəqliyyat Könüllüləri) dayanıqlı şəhər mobilliyi vizyonuna uyğun olaraq hazırladıqları layihə təkliflərini təqdim ediblər.

AZƏRTAC Azərbaycan Könüllü Təşkilatları İttifaqının saytına istinadla xəbər verir ki, layihələrin hazırlanmasında əsas məqsəd Bakı Nəqliyyat Agentliyinin paytaxtın əlçatanlığı, təhlükəsizliyi və mobilliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərə dəstək olmaqdır.

Azərbaycan könüllüləri iki aylıq təcrübə müddətində bilik və bacarıqlarını artıraraq, araşdırmalar apararaq maraqlı layihə təklifləri hazırlayıblar.

Agentliyin aparıcı mütəxəssislərinin ekspert qismində iştirak etdiyi görüşdə könüllülər komandalar şəklində işləyərək "Bakı şəhərinin marşrutsuz yolları", "Təhsilə gedən yol", "Yollarda bir səhv yüz doğrunu aparmasın !", "Koroğlu NMM-nə yeni baxış", "Smart HUB", "Piyadaların təhlükəsizliyi önəmlidir", "Qayğıkeş təkərlər", "Kiçik avtobus parkları" adlı innovativ layihələri təqdim ediblər. Könüllülərin təqdimatları maraqla qarşılanıb. Mütəxəssislər tərəfindən həyata keçirilməsi daha real və məqsədəuyğun hesab edilən təkliflər yüksək qiymətləndirilib.

Qeyd olunub ki, hər il ən yaxşı layihələr Bakı Nəqliyyat Agentliyi tərəfindən dəstəklənir və könüllülər müxtəlif işlərə cəlb olunurlar. İndiyə kimi 20 nəfər könüllü tam ştatla işə götürülüb.

Nəqliyyat könüllüləri proqramı artıq 4-cü ildir ki, müvəffəqiyyətlə icra olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.