İQTİSADİYYAT


Azərbaycan könüllüləri ilə “Gənclər Hərəkətdə” adlı görüş keçirilib

Bakı, 17 sentyabr, AZƏRTAC

“Avropa Mobillik Həftəsi” çərçivəsində Azərbaycan könüllüləri ilə “Gənclər Hərəkətdə” adlı görüş keçirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, BNA-nın “Nəqliyyat Könüllüləri” proqramının rəhbəri Nahid Quliyev kampaniyanın mahiyyəti və həyata keçiriləcək tədbirlər haqqında iştirakçılara məlumat verib.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev üzv təşkilatların könüllülərinin həftə çərçivəsində keçiriləcək fəaliyyətlərdə fəal iştirak etməyə səsləyib.

Könüllülərə ictimai nəqliyyat yönümlü şəhərsalma, piyada hərəkətinin, velosiped istifadəsinin və ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqinin önəmi haqqında məlumat verilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin monitor zalına səfər edən könüllülər şəhərin daha çox sıxlıq müşahidə olunan küçə və prospektlərinin nəqliyyat axınını izləyib və iş prosesi ilə yaxından tanış olublar.

Qeyd edək ki, bu il kampaniyanın devizi “Təhlükəsiz və Sağlam Dayanıqlı Mobillik”dir. Bakı Nəqliyyat Agentliyi ilk dəfə paytaxt Bakını bu kampaniyada təmsil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.