CƏMİYYƏT


Azərbaycan könüllülərinin iştirakı ilə “Dəmir Yumruq” intellektual liqası təşkil edilib

Bakı, 25 oktyabr, AZƏRTAC

Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə 44 günlük Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş “Dəmir Yumruq” intellektual liqası keçirilib.

AZƏRTAC xəbər verir ki, könüllülərin intellektual bilik və bacarıqlarının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli təşkil olunması, eləcə də təşkilatlar arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə keçirilən yarışda ittifaqa üzv təşkilatları təmsil edən 50 könüllüdən ibarət 10 komanda iştirak edib.

“Nə? Harada? Nə zaman?” formatında keçirilən müsabiqə sona qədər gərgin və maraqlı mübarizə şəraitində keçib. Yekunda “Miqrasiya Könüllüsü” İctimai Birliyini təmsil edən könüllülərdən ibarət komanda bütün rəqiblərini üstələyərək kubokun sahibi olub. Turizm Könüllüləri və Gənc Könüllüləri təmsil edən komandalar isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər. Müsabiqədən sonra keçirilən mükafatlandırma mərasimində qalib komandalara kubok, medal və dəyərli hədiyyələr təqdim olunub.

AKTİ-nin fəaliyyəti çərçivəsində Azərbaycan könüllüləri arasında keçirilən intellektual oyun və idman yarışlarının növbəti aylarda da davam etdirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.