Azərbaycan kuboku uğrunda yarışın 2020/2021-ci il mövsümünün püşkü atılıb
AzerTAg.az
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın 2020/2021-ci il mövsümünün püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, 12 komandanın iştirakı ilə keçiriləcək kubok mövsümündə mübarizə səkkizdəbir final mərhələsindən başlayacaq. Dörddəbir final mərhələsindən etibarən oyunlarda ev-səfər prinsipi tətbiq olunacaq.
Dekabrın 24-də təşkil olunacaq səkkizədbir final mərhələsində püşkə əsasən “Səbail” – “Zaqatala”, “Turan Tovuz” – “Qəbələ”, “Sabah” – “Kəpəz” və “Qaradağ Lökbatan” – “Zirə” oyunları təşkil olunacaq.
2021-ci il fevralın 1-2-də və 6-7-də keçiriləcək növbəti mərhələnin qarşılaşmalarında “Sumqayıt” birinci,
“Qarabağ” ikinci, “Keşlə” üçüncü, “Neftçi” isə dördüncü cütün qalibi ilə üz-üzə gələcək.

Xəbərin mətnində orfoqrafik səhv var