İDMAN
Azərbaycan kuboku yarışlarında mövsümün rekordu qeydə alınıb

Bakı, 5 iyun, AZƏRTAC
Futbol üzrə Azərbaycan kuboku yarışlarında mövsümün rekordu qeydə alınıb. Bu, “Neftçi” ilə “Qəbələ” arasında finala təsadüf edib. “Bakcell Arena”dakı görüşü 9 min tamaşaçı izləyib.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, bu, mövsümün 19 kubok oyununun ən yüksək göstəricisidir. Finaladək rekord 5 minə bərabər idi. Yarımfinalın “Neftçi” və “Turan Tovuz” arasında hər iki qarşılaşmasında 5 min seyrçi olub.
Ümumilikdə, kubok yarışlarının 19 matçında 31 min 980 izləyici qeydə alınıb. Orta hesabla hər oyunu 1683 tamaşaçı seyr edib.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 21.09.2023 [23:20]
“Molde” klubunun baş məşqçisi: Rəqib qələbəyə layiq idi
- 21.09.2023 [22:44]
UEFA Avropa Liqası: “Qarabağ” matçı qələbə ilə başa vurub
- 21.09.2023 [22:03]
“Qarabağ” komandası “Molde” ilə oyunda hesabı açıb
- 21.09.2023 [20:46]
“Qarabağ”- “Molde” oyunu başlayıb
- 21.09.2023 [20:07]
Türkiyə yığması Montella ilə müqavilə bağlayıb
- 21.09.2023 [19:53]