İDMAN


Azərbaycan kubokunda 26 ildən sonra təkrarlanan rekord

Bakı, 30 aprel, Nicat Məmmədov, AZƏRTAC

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Keşlə” və “Zirə” komandaları arasındakı oyunlarında 8 qol vurulub.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, mərhələnin rekordunun təkrarıdır.

İndiyədək yalnız bir dəfə yarımfinal cütündə rəqiblər bu qədər qola imza atıb. 1994-1995-ci il mövsümündə “Kəpəz” klubu ilə “Kür-Nur” hər iki görüşdə heç-heçə edib – 3:3, 1:1. Mingəçevir təmsilçisi yalnız səfər qollarına görə finala yüksəlib.

İyirmi altı il sonra təkrarlanan rekord zamanı da səfər qolu həlledici olub. Öz meydanında 1:2 hesabı ilə uduzan “Keşlə” səfərdə əlavə vaxtda qələbəyə sevinib – 3:2.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.