İDMAN


Azərbaycan kubokunda mövsümün ilk het-triki qeydə alınıb

Bakı, 1 may, AZƏRTAC

Futbol üzrə Azərbaycan kubokunda mövsümün ilk het-triki qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, “Keşlə”nin futbolçusu Sezar Meza Kolli “Zirə” ilə səfər oyununda 3 qol vuraraq komandasının 3:2 hesablı qələbəsində əsas pay sahibi olub. Paraqvaylı futbolçuyadək kubokda sonuncu het-trik 729 gün öncə gerçəkləşib. Həmin vaxt da indiki kimi yarımfinalın cavab matçına təsadüf edən het-trik “Zirə”nin ev oyununda qonaq komandanın futbolçusunun hesabına yazılıb. “Sumqayıt”ın futbolçusu Peyman Babayi 2019-cu il mayın 1-dəki görüşdə 3 qol vurub və komandası 3:3 hesablı heç-heçədən sonra (ilk oyunda 0:0) finala yüksəlib. Hər iki qarşılaşmada qonaqlar Zirə İdman Kompleksində vurulan səfər qollarının sayəsində mərhələ adlayıblar.

Sezar həm də “Keşlə”nin heyətində son 14 ildə kubokda bir matça ən azı 3 qol vuran ilk oyunçu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.