İDMAN


Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb

Bakı, 17 aprel, AZƏRTAC 

Futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin cavab oyunları üçün təyinatlar müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt”-“Keşlə” qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov, Akif Əmirəli və Orxan Məmmədov kömək edəcəklər. Matçın AFFA nümayəndəsi Eldəniz Musayevdir. Hakim-inspektor funksiyasını Məlik Həsənov yerinə yetirəcək.

“Bakcell Arena”da oynanılacaq “Neftçi”-“Qəbələ” matçını isə baş hakim Rauf Cabbarov və onun köməkçiləri Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev idarə edəcək. Qarşılaşmanın AFFA nümayəndəsi Namiq Məstanov, hakim-inspektor isə Əli Hüseynov olacaq.

Hər iki oyun aprelin 18-də keçiriləcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunlarında “Keşlə” komandası “Sumqayıt”a 1:0, “Neftçi” klubu isə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.