MƏDƏNİYYƏT


“Azərbaycan” mahnısına çəkilən klip

Bakı, 29 may, AZƏRTAC

“Mədəniyyət” kanalının 28 May- Respublika Gününə həsr etdiyi daha bir layihə - Müslüm Maqomayevin Nəbi Xəzrinin sözlərinə bəstələdiyi “Azərbaycan” mahnısına çəkilən klipdir.

AZƏRTAC xəbər verir ki, ideya müəllifi Ramil Qasımov olan layihədə Əməkdar artist, dirijor Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə teatrın orkestri çıxış edib.

Vokal hissələrini isə Opera və Balet Teatrının solistləri, Xalq artisti Fidan Hacıyeva, Əməkdar artistlər Cahangir Qurbanov, Fəridə Məmmədova, İlahə Əfəndiyeva, Fərid Əliyev və beynəlxalq müsabiqələr laureatı Taleh Yahyayev səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.