MƏDƏNİYYƏT
Azərbaycan mədəniyyəti Nant şəhərində təşviq edilib
Paris, 31 oktyabr, AZƏRTAC
Fransanın Nant şəhərində Azərbaycan və Türkiyə Mədəniyyət Assosiasiyalarının (ACAF-ACTN) birgə təşkilatçılığı ilə hər iki ölkənin mədəniyyət günləri keçirilib.
AZƏRTAC xəbər verir ki, assosiasiyaların məqsədi Nant şəhərində mədəniyyətimizi təşviq etmək olub.
Assosiasiyalar hər iki ölkənin milli mətbəxini nümayiş etdirib. Eyni zamanda, hər iki ölkənin musiqiləri səsləndirilib. Tədbirdə tariximiz, mədəniyyətimiz haqqında nəşrlər, eləcə də kənd təsərrüfatı məhsulları, meyvə şirələri, konservləşdirilmiş tərəvəzlər ziyarətçilərə təqdim edilib.
Tədbir çərçivəsində xeyriyyə aksiyası keçirilib. Aksiyada toplanan ianələr sudan korluq çəkən Afrikada 30 il fəaliyyət göstərəcək su quyusunun qazıntısına sərf olunacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris