İQTİSADİYYAT


Azərbaycan məhsulları Beynəlxalq Qida və İçki Sərgisində nümayiş olunur

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Türkiyənin Antalya şəhərində 28-ci Beynəlxalq Qida və İçki Sərgisi öz işinə başlayıb.

Sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkil etdiyi xüsusi stenddə Azərbaycan sahibkarlarının məhsulları nümayiş olunur.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, stendimizdə quru meyvələr, təbii sıxım yağlar, konservləşdirilmiş məhsullar, meyvə şirələri, kofe və çay, giləmeyvələr, zəfəran və ondan hazırlanmış müxtəlif məhsullar, çərəzlər, şirniyyat, şokolad və digər qida məhsulları təqdim edilir. Ümumilikdə Azərbaycanı sərgidə 15 mikro və kiçik sahibkar təmsil edir. Sərgi çərçivəsində Azərbaycan sahibkarları istehsal etdikləri məhsulları nümayiş etdirməklə yanaşı, Türkiyə və digər ölkələrin iş adamları ilə məhsul satışı və yeni əməkdaşlıq imkanlarına dair müzakirələr aparacaqlar.

Qeyd edək ki, sərgidə Türkiyənin 81 regionundan və 50-yə yaxın xarici ölkədən 450-dən çox sahibkar məhsul və xidmətlərini təqdim edir. Sərgi yanvarın 21-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.