İQTİSADİYYAT


Azərbaycan məhsulları Çində beynəlxalq sərgidə nümayiş etdirilir VİDEO

Çindao, 27 aprel, AZƏRTAC

Çinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) beynəlxalq investisiya və ticarət sərgisi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, təşkilatın üzvü, müşahidəçisi və dialoq üzrə tərəfdaşı olan dövlətlərin iştirak etdiyi tədbirdə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunur. Stenddə Azərbaycan istehsalı olan 50-dək qida və içki məhsulları nümayiş etdirilir. Bundan başqa, stendimizdə Azərbaycanın investisiya, nəqliyyat-tranzit və turizm potensialı da təqdim edilir.

Sərgi ilə parallel olaraq keçirilən “ŞƏT regional iqtisadi və ticarət əməkdaşlığı forumunun “Ölkələr təqdimatı” adlı əsas panel iclasında Azərbaycanın Çindəki ticarət nümayəndəsi ölkəmizin investisiya potensialı və rəqabətqabiliyyətli məhsulları haqqında təqdimatla çıxış edib. Forumun panel iclasında 200-dək yerli şirkət nümayəndəsi iştirak edib. Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətinin bir neçə yerli şirkətlə potensial ticarət və investisiya əməkdaşlığına dair görüşləri də keçirilir.

Qeyd edək ki, Çindao Çinin 6 ən önəmli dəniz limanından biri olmaqla yanaşı, əsas iqtisadi mərkəzlərdəndir. Ötən il Çindao şəhərinin ÜDM-in həcmi illik nisbətdə 3,7 faiz ataraq 192 milyard ABŞ dolları olub. Son bir neçə il ərzində Çindao şəhəri ŞƏT-in də iqtisadi mərkəzinə çevirilməkdədir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Çindao

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.