İQTİSADİYYAT


Azərbaycan məhsulları Çində beynəlxalq sərgidə nümayiş olunur

Pekin, 10 avqust, AZƏRTAC

Çinin iri liman şəhərlərindən olan Çindaoda “Bir kəmər, bir yol” ölkələrindən idxal edilən məhsulların sərgisi keçirilir.

AZƏRTAC xəbər verir ki, avqustun 8-dən 12-dək davam edəcək sərgidə Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə “Made in Azərbaijan” vahid ölkə stendində ölkəmizdə istehsal olunan müxtəlif növ keyfiyyətli kənd təsərrüfatı məhsulları, o cümlədən şərab və digər spirtli içkilər, meyvə şirələri, mürəbbələr, mineral suların və başqa məhsulların sərgisi və satışı təşkil olunub. Bundan əlavə, sərginin keçirildiyi ticarət mərkəzindəki iri reklam monitorlarında ölkəmizin turizm potensialı barədə videoçarxlar mütəmadi nümayiş edilir.

Qeyd edək ki, Çindao şəhər hakimiyyətinin dəstəyi, “Qingdao Global Consumer Electronics Expo” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgini 200 min nəfərin ziyarət etməsi gözlənilir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.