İQTİSADİYYAT


Azərbaycan məhsulları Çindəki idxal sərgisində nümayiş olunacaq

Pekin, 27 sentyabr, AZƏRTAC

Şanxayda keçiriləcək II Çin Beynəlxalq İdxal Sərgisində 60-dan çox ölkənin milli pavilyonu fəaliyyət göstərəcək. Sərgidə Azərbaycanın ixracyönümlü və rəqabətqabiliyyətli məhsulları da milli pavilyonumuzda nümayiş olunacaq.

AZƏRTAC sərginin təşkilat komitəsinə istinadla xəbər verir ki, noyabrın 5-dən 10-dək davam edəcək sərginin ekspozisiya zonasının ümumi sahəsi 330 min kvadratmetrdən çoxdur. Buraya milli pavilyonlar zonası və şirkətlərin fərdi qaydada iştirak edəcəyi zona daxildir. Builki sərgidə 150 ölkədən 3 mindən çox şirkət iştirak edəcək.

Qeyd edək ki, Çinin dövlət başçısı Si Cinpinin təşəbbüsü ilə təşkil olunan beynəlxalq idxal sərgisi xarici məhsul və xidmətlərin Çin bazarında tanıdılmasına və satışının təşkilinə dəstək məqsədi daşıyır. Bu, Çində yalnız idxal məhsullarının nümayiş olunduğu yeganə iri sərgidir. Ötən il keçirilmiş ilk idxal sərgisində 180 çeşiddən çox Azərbaycan məhsulu təqdim olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.