İQTİSADİYYAT


Azərbaycan məhsulları Dünya Bankında təqdim olunub

Vaşinqton, 2 may, AZƏRTAC 

ABŞ-Azərbaycan Ticarət Palatası Dünya Bankının Vaşinqtonda yerləşən mənzil-qərargahında təşkil olunmuş “Dad Festivalı”nda (Taste Fest) bəzi üzv şirkətlərinin məhsulları ilə iştirak edib.

AZƏRTAC xəbər verir ki, festivalda “Azərsun Holding”in “AzərÇay” brendi və “Absheron Saffron” şirkətinin zəfəran və zəfəran məhsulları təqdim olunub. 63 ölkənin və çoxlu sayda ziyarətçinin qatıldığı tədbirdə Azərbaycan istehsalı olan məhsullara böyük maraq olub. “AzərÇay” çeşidlərinin müxtəlifliyi, habelə ABŞ bazarı üçün unikal hesab oluna biləcək və “Made in Azerbaijan” brendi ilə təqdim olunan zəfəran məhsulları barədə qonaqlara geniş məlumat verilib. Qonaqlara məhsulları dadma imkanı yaradılıb. Keyfiyyətinə görə dünyada ən ön sırada olan Azərbaycan zəfəranı nümunələri ziyarətçilərin xüsusi diqqətini cəlb edib.

Dünya Bakı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının baş icraçı direktoru Kristalina Qiorqiyeva da Azərbaycan stendinin qonağı olub və Azərbaycan məhsulları ilə tanış olub.

Festivalda Azərbaycan stendi ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı, ABŞ-dakı Azərbaycan səfirliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) və Azərbaycan Assosiasiyasının dəstəyi ilə yaradılıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.