İQTİSADİYYAT


Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində

Bakı, 16 sentyabr, AZƏRTAC

Qeyri-neft sektoru ixracının artırılması, yeni ixrac bazarlarına çıxış məqsədilə Azərbaycanın Polşadakı səfirliyində Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatının təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizin istehsalı olan qida məhsulları və spirtli içkilər sentyabrın 12-14-də Varşavada keçirilmiş “Food Expo Warsaw-2019” Qida Sərgisində “Made in Azerbaijan” stendində nümayiş olunub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Food Expo Warsaw” kənd təsərrüfatı və qida məhsulları üzrə Polşada keçirilən ən böyük sərgidir. Hər il olduğu kimi, bu dəfə də sərgidə Polşadan, həmçinin digər Mərkəzi və Şərqi Avropa ölkələrindən iri idxalçılar, tədarükçülər, supermarket şəbəkələri, emal müəssisələri, şirkətlər iştirak ediblər.

Sərgidə Azərbaycan istehsalı olan şərablar, meyvə şirələri, çay, kompotlar, mürəbbələr və digər konservləşdirilmiş məhsulların nümayiş edildiyi "Made in Azerbaijan" stendi böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.