İQTİSADİYYAT
Azərbaycan məhsulları Minsk Ticarət Evi vasitəsilə Belarusa idxal edilir VİDEO
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan-Belarus münasibətləri çox yüksək səviyyədədir. Bu gün keçirilən biznes-forumda Azərbaycan tərəfini 100-ə yaxın sahibkar təmsil edir və bu da onu göstərir ki, Azərbaycan-Belarus əməkdaşlığına sahibkarlarımızın çox böyük marağı var.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev jurnalistlərə müsahibəsində söyləyib.
O xatırladıb ki, cari ilin may ayında Belarusun paytaxtı Minsk şəhərində ilk Azərbaycan Ticarət Evi açılıb. “Bu yeni təsisat dövlətlərarası iqtisadi münasibətlərin, ticarət əlaqələrinin genişlənməsinə xidmət edir. Sevindirici haldır ki, məhz ilk ticarət evi Minskdə açılıb. Artıq bu ticarət evinin vasitəsilə məhsullarımız Minsk şəhərinə idxal edilir. Ticarət evi ilə statistik göstəricilər yenilər. Bu yaxınlarda bizim spirtli içkilər və şərab məhsulları da Belarusa idxal edilib”, - deyə AZPROMO-nun təmsilçisi bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün POS-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
- 28.03.2024 [17:39]
Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO
- 28.03.2024 [15:25]