İQTİSADİYYAT


Azərbaycan məhsulları Moskvada keçirilən “MosBuild 2019” sərgisində nümayiş olunur

Moskva, 2 aprel, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları Moskvada keçirilən “MosBuild 2019” beynəlxalq tikinti və inşaat materialları sərgisində nümayiş edilir.

AZƏRTAC xəbər verir ki, Moskvanın ən iri “Crocus Expo” sərgi kompleksində 147,5 kvadratmetr sahədə Azərbaycanın 10 şirkəti məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edir. Azərbaycan həm də sərginin qeydiyyat sahəsinin sponsorudur.

Sərgidə ölkəmizi 10 şirkət - “Bosson”, “Idea”, “BKN”, “SemSan”, “NB Group”, “Fəxrəddin-K”, “Karvan L”, “CMT Group”, “Mətanət A” və “STP” təmsil edir. Azərbaycan şirkətləri sərgi iştirakçılarına kərpic, boya, sement, bağ mebeli, kabel, plastik borular, fitinqlər və sair təklif edirlər. Sərgi çərçivəsində potensial müştərilərlə görüşlər keçirilir, məhsulların ixracına dair müzakirələr aparılır, yeni məhsullarının təqdimatı keçirilir.

“MosBuild” sərgisi bu il 25-ci dəfə təşkil olunub. Sərgidə 40 ölkədən 1200-dən çox şirkət iştirak edir. Aprelin 2-dən 5-dək davam edəcək sərginin təşkilatçıları geniş işgüzar proqram hazırlayıblar. Sərgi çərçivəsində keçiriləcək 90 biznes tədbirdə 240 mütəxəssis çıxış edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.