İQTİSADİYYAT


Azərbaycan məhsulları “Sial China 2018” sərgisində nümayiş etdirilir VİDEO

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan şirkətləri Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendi ilə təmsil olunur.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə meyvə şirələri, konservləşdirilmiş məhsullar, müxtəlif növ şərablar və spirtli içkilər, fındıq, qənnadı məmulatları, çay, zəfəran, quru meyvə istehsalı və sair sahələrdə fəaliyyət göstərən 17 Azərbaycan şirkəti milli pavilyonda öz məhsullarını nümayiş etdirir. Sərgi ziyarətçiləri Azərbaycan məhsullarına, o cümlədən qurudulmuş xurma, spirtli içkilər, fındıq məhsullarına və sair böyük maraq göstərirlər.

Qeyd edək ki, 2002-ci ildən Şanxayda təşkil edilən “Sial China” Beynəlxalq Ərzaq Sərgisi ən böyük ərzaq sərgilərindən hesab olunur. Bu il sərgi iştirakçıları üçün 21 sektordan ibarət 11 sərgi salonu təqdim edilir. Sərgidə 80 mindən çox ziyarətçinin iştirakı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.