İQTİSADİYYAT


Azərbaycan məhsulları “Worldfood 2019” beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq

Bakı, 9 sentyabr, AZƏRTAC

“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların ixracının genişləndirilməsi, istehsalın stimullaşdırılması məqsədilə Azərbaycan məhsulları sentyabrın 24-27-də Moskvada “Worldfood 2019” beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkəmiz üçüncü dəfə “Worldfood 2019” sərgisində tərəfdaş ölkə kimi iştirak edəcək.

Sərgidə müsabiqə yolu ilə müəyyən olunmuş 33 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək. Ümumi sahəsi 415 kvadratmetr olan stenddə qida sənayesi, həmçinin şərab və digər spirtli içki məhsulları sərgi ziyarətçilərinə təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.