İQTİSADİYYAT


Azərbaycan məhsulları "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq

Bakı, 2 fevral, AZƏRTAC

Fevralın 5-dən 9-dək Rusiya Federasiyasının paytaxtı Moskvada "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisi keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hər il təqribən 60 min ziyarətçinin qatıldığı sərgidə bu il 65 ölkədən 2000-dən çox şirkətin məhsullarının nümayiş olunacağı gözlənilir.

Sərgidə Azərbaycan məhsulları "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunacaq. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərginin Azərbaycana aid pavilyonunda meyvə şirələri, müxtəlif növ şərablar və təbii mineral sular, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullar nümayiş etdiriləcək. Ümumilikdə, Azərbaycan "Prodexpo" Sərgisində 25-dən çox şirkətlə təmsil olunacaq.

Bundan başqa, sərgidə Azərbaycanın tarixi və mədəni dəyərlərinin təbliğinə dair videoçarx nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli "Made in Azerbaijan" brendinin xarici bazarlarda təbliğinə dair Fərmanına uyğun olaraq, "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.