İQTİSADİYYAT


Azərbaycan məhsullarının Çinə ixracına dair razılığa gəlinib

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan məhsullarının Çinə ixracına dair razılıqlar əldə olunub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Made in Azerbaijan" brendinin təşviqi, yerli məhsulların Çin bazarında ixracının artırılması məqsədilə Azərbaycanın ixrac missiyası Çinin Şanxay və İvu şəhərlərində olub.

İxrac missiyasına qida, şərab və digər spirtli istehsalı ilə məşğul olan 17 Azərbaycan şirkəti daxil idi. İxrac missiyası çərçivəsində İvu şəhərində azərbaycanlı sahibkarlar Çindən olan iş adamları ilə ixraca dair müzakirələr aparıb, məhsullarının Çinə ixracına dair razılıqlar əldə edilib.

Şanxayda isə Çin Milli Qida və Fermentasiya Sənayesi Tədqiqatı İnstitutunun dəstəyi ilə Azərbaycan şərablarının dequstasiyası təşkil edilib, Çin dilində www.azerbaijanwine.cn elektron səhifənin təqdimatı keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.