İQTİSADİYYAT


Azərbaycan məhsullarının ixracına dair yeni müqavilələr imzalanıb

Bakı, 26 aprel, AZƏRTAC

Xəbər verdiyimiz kimi, bu il fevralın 21-25-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Gulfood 2021” beynəlxalq ərzaq sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida məhsulları, spirtsiz içkilər və mineral suların istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, öz xüsusi dadı və keyfiyyəti ilə fərqlənən Azərbaycan məhsulları sərgi iştirakçıları və xarici şirkətlər tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan sahibkarları xarici ixracatçılarla məhsulların satışına dair görüşlər keçirib, müzakirələr aparıblar. Sərgidə əldə olunan ilkin razılıqlar nəticəsində Azərbaycan istehsalı məhsulların ixracına dair 1,2 milyon ABŞ dolları dəyərində müqavilələr bağlanıb.

Belə ki, Azərbaycanın “Agro Norm” MMC şirkəti Belarusdan olan şirkətlə 500 min dollar, Ukraynanın supermarketlər şəbəkəsi ilə isə 600 min dollar dəyərində pomidor məhsulunun ixracına dair müqavilə imzalayıb. Bundan başqa, “Ulduz” Şokolad Fabriki MMC İordaniya və Səudiyyə Ərəbistanından olan şirkətlərlə bağladığı müqaviləyə əsasən, 116 min dollarlıq şirniyyat məhsullarının ixracını həyata keçirib.

Qeyd edək ki, Azərbaycan bu il “Gulfood 2021” beynəlxalq sərgisində 5-ci dəfə təmsil olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.