ELM VƏ TƏHSİL
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada uğur qazanıblar
Bakı, 12 may, AZƏRTAC
Mayın 7-dən 12-dək Serbiyanın paytaxtı Belqrad şəhərində 35-ci Balkan Riyaziyyat Olimpiadası keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, olimpiadada Azərbaycan məktəbliləri uğurla çıxış ediblər. Belə ki, komandanın üzvləri Ramil Cəbiyev, Murad Ağazadə, Anar Abbaslı və Anar Rzayev olimpiadanın bürünc medalına, Fərid İsmayılov isə həvəsləndirici sertifikata layiq görülüblər.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən fizika, riyaziyyat və informatika təmayüllü, kimya-biologiya təmayüllü liseylərdə yaradılmış beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində 200-dək şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.