ELM VƏ TƏHSİL


Azərbaycan məktəbliləri beynəlxalq olimpiadanın qalibi oldular

Astana, 11 mart, AZƏRTAC

Astanada Beynəlxalq Mental Arifmetika ISMA-2019 olimpiadası keçirilib. Bu şəhərdə ilk dəfə keçirilən olimpiadada Azərbaycan, Belarus, Bolqarıstan, Qırğızıstan, Rusiya, Özbəkistan və Qazaxıstandan 500-ə yaxın uşaq iştirak edib.

AZƏRTAC xəbər verir ki, olimpiadanın “Super çempion” mükafatı uğrunda 5-dən 15 yaşadək uşaqlar mübarizə aparıblar.

Beynəlxalq olimpiadada Azərbaycanı Ləman Vəkilova, Fikrət Vəliyev və Fərid Hacıyev təmsil edib. Fikrət Vəliyev və Fərid Hacıyev çempion mükafatına, Ləman Vəkilova isə 1-ci yerə layiq görülüblər.

Qeyd edək ki, ISMA (International School of Mental Arithmetic) əlavə təhsil proqramı ilə 7 ölkənin 250 təhsil mərkəzində 16 mindən çox şagird məşğul olur. Olimpiada daha əvvəl Almatı, Soçi və Dubayda keçirilib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.