ELM VƏ TƏHSİL


Azərbaycan məktəbliləri son 8 ildə Beynəlxalq İnformatika olimpiadalarında 48 medal qazanıb

Bakı, 15 avqust, AZƏRTAC

Beynəlxalq İnformatika Olimpiadasında (IOI) Azərbaycan məktəbliləri 1994-cü ildən etibarən iştirak edirlər. 2019-cu ilə qədər bu olimpiadada əldə edilən medalların sayı 5, 2019-cu ildən bu günədək isə 6-dır.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan məktəbliləri 2014-cü ilə qədər informatika fənni üzrə müxtəlif beynəlxalq olimpiadalarda 2 gümüş və 8 bürünc olmaqla 10 medal əldə ediblər. 2014-cü ildən etibarən isə beynəlxalq olimpiadalara hazırlıq mərkəzi yaradıldıqdan sonra 1 qızıl, 11 gümüş və 36 bürünc medal olmaqla cəmi 48 medal qazanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.