ELM VƏ TƏHSİL


Azərbaycan məktəblisi beynəlxalq rəsm festivalında birinci yerə layiq görülüb

Bakı, 18 iyun, AZƏRTAC

Rusiyanın Sankt-Peterburq şəhərində XV Beynəlxalq uşaq və məktəblilərin “Klassik günlər-2021” adlı beynəlxalq rəsm festivalı keçirilib. Festival Dövlət Ermitaj Muzeyi tərəfindən onlayn şəkildə 3 yaş qrupu (3-8, 9-12, 13-16) üzrə təşkil olunub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gənc tərtibatçı rəssamlar” dərnəyinin üzvü Zəhra Eyniyeva 9-12 yaş qrupunda “Qədim Yunanıstanda sülhün və rəqabətin simvolu olaraq qaçış” rəsmi ilə I yerə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.