CƏMİYYƏT


Azərbaycan mənzil fondunun idarə olunmasında Almaniya təcrübəsindən yararlanır

Bakı, 11 noyabr, AZƏRTAC

Azərbaycanda mənzil-kommunal təsərrüfatlarının inkişafı istiqamətində mühüm işlər görülüb. Qanunvericilik təkmilləşdirilib, beynəlxalq tələblərə cavab verən mənzil məcəlləsi qəbul olunub. Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova jurnalistlərə müsahibəsində məlumat verib.

AZƏRTAC xəbər verir ki, nazir müavini mənzil fondunun idarə olunmasında Almaniya təcrübəsinin öyrənildiyini, artıq Binəqədi Rayon İcra Hakimiyyəti ilə ilk pilot layihənin həyata keçirildiyini bildirib, mənzillərin sığortalanmasının, sığorta haqlarının əhaliyə vaxtında ödənilməsinin vacibliyini vurğulayıb.

S.Həsənova bu gün Azərbaycanda əhalinin elektrik enerjisi ilə təchizatında problem yaşanmadığını, su və kanalizasiya xidmətləri ilə bağlı böyük layihələr həyata keçirildiyini, qaz təminatının yaxşılaşdığını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.