CƏMİYYƏT


Azərbaycan məscidlərində bayram namazı qılınıb VİDEO

Bakı, 15 iyun, AZƏRTAC 

Müqəddəs Ramazan bayramı ilə əlaqədar bu gün səhər Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb.

AZƏRTAC xəbər verir ki, yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Ulu Tanrıdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.

Təzəpir məscidində qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

Şeyxülislam bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.

“Dağlıq Qarabağın və işğal altındakı digər torpaqlarımızın tezliklə azad olunması üçün dua edib namaz qıldıq”, - deyən Allahşükür Paşazadə vurğulayıb ki, müstəqil Azərbaycan dövləti xalqımızın böyük nemətidir. Bu nemətin qədrini bilməliyik. SSRİ dövründə cəmi 17 məscid olduğu halda, bu gün Azərbaycanda 2 mindən çox məscid fəaliyyət göstərir. Ölkəmizdə sinaqoqlar, kilsələr fəaliyyət göstərir. Dindarların sərbəst şəkildə ibadət etmələri üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.

Şeyxülislam qeyd edib ki, Azərbaycanda heç bir məzhəb ayrı-seçkiliyi yoxdur. Bunun dünyada analoqu mövcud deyil. Biz iki məzhəbin nümayəndələri bir yerdə namaz qılırıq, ibadət edirik. Bu da ölkəmizdə din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasından irəli gəlir. Bu, eyni zamanda, xalqımızın qanında olan birlik, bərabərlik istəyi ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.