Azərbaycan meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində FAO ilə müxtəlif layihələr həyata keçirir
AzerTAg.az

Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycanda meşələrin inkişaf etdirilməsi, onların idarə olunmasının düzgün təmin edilməsi sahəsində FAO ilə çox aktiv və uzunmüddətli əməkdaşlığımız var. Bu əməkdaşlıq çərçivəsində meşələrin inventarlaşdırılmasının aparılması, sistemin qurulması, məlumat bazasının formalaşdırılması və ən əsası bu sahədə yerli kadrların potensialının artırılması və nəticədə həmin yerli kadrlar tərəfindən FAO ilə əməkdaşlıq çərçivəsində başlanmış fəaliyyətin milli səviyyədə davam etdirilməsi kimi işləri qeyd etmək olar.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə FAO-nun Türkiyə və Azərbaycandakı nümayəndəliyinin birgə fəaliyyəti çərçivəsində keçirilən regional seminarda deyib.
"FAO ilə həm meşələrin, həm biomüxtəlifliyin mühafizəsi, akvakulturanın inkişafı sahəsində müxtəlif layihələr həyata keçirmişik. Bu sahədə çox uğurlu nəticələr əldə olunub", - deyə R.Səttarzadə qeyd edib.
Xəbərin mətnində orfoqrafik səhv var