MƏDƏNİYYƏT


Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub

Bakı, 18 noyabr, AZƏRTAC

Ölkəmiz Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə noyabrın 15-17-də Paris şəhərinin ən görkəmli sarayı “Grand Palais” (Böyük Saray) də keçirilən “Festival du bien-manger” (Ləziz yeməklər festivalı) də təmsil olunub.

Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, 120 yerli iştirakçı, 13 ölkə, 30-dan çox tanınmış aşpazın qatıldığı bu Festival Fransanın ən böyük beynəlxalq bazarı olan Rungisin (Rəngis) 50 illik yubileyinə həsr olunmuş mərasim çərçivəsində təşkil edilib.

Festival iştirakçılarına milli şirniyyatlarımızın ən tanınmış növlərindən olan şəkərburanın hazırlanması qaydaları, habelə xəmirin hazırlanması, üstünün bəzədilməsi və sair nümayiş olunub. Təqdimat zamanı iştirakçılar arasında Azərbaycanla bağlı sual-cavab keçirilib və düzgün cavab verənlərə Heydər Əliyev Fondunun nəşr etdirdiyi kitablar hədiyyə edilib.

Məşhur fransız aşpazı Cyril Rouquet Provostun aparıcılığı ilə Azərbaycan, bayramlarımızla bağlı adət-ənənələr, Azərbaycanın zəngin mətbəxi haqqında iştirakçılara geniş məlumat verilib.

Tədbirdə ölkəmiz haqda məlumatlar “Eduard Cointerau” (Eduard Kuantro), “Anne-Laure Descombin” (An Lor Dekombən) və “Agora Expo” şirkətinin rəhbərlik etdiyi “Beynəlxalq Qastronomiya Şəhərciyi” layihəsi ilə əməkdaşlığı nəticəsində təqdim olunub. Azərbaycanın Dostları Assosiasiyası artıq 3 ildir ki “Beynəlxalq Qastronomiya Şəhərciyi” layihəsində uğurla iştirak edir. 3 gün davam edən beynəlxalq festivalda İndoneziya, Filippin, Özbəkistan, Cənubi Koreya, Mərakeş və digər ölkələrin mətbəx nümunələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.