MƏDƏNİYYƏT


Azərbaycan mətbəxinin nümunələri Latviya Ali Hüquq Məktəbində nümayiş etdirilib

Riqa, 2 oktyabr, AZƏRTAC

Riqa Ali Hüquq Məktəbinin Avropa İttifaqı ilə birgə həyata keçirdiyi, Avropa qonşuluq siyasəti, Mərkəzi Asiya və Qərbi Balkan ölkələri üçün təşkil edilən növbəti ixtisasartırma kursunun oktyabrın 1-də açılış mərasimi keçirilib. İldə bir neçə dəfə keçirilən bu kurslarda həmişə olduğu kimi, Azərbaycandan da mütəxəssislər iştirak edirlər.

Yeni kursun başlanması münasibətilə oktyabrın 2-də verilən ziyafətdə iştirakçı ölkələrin tələbələri milli mətbəxlərini nümayiş etdiriblər. Azərbaycanlı iştirakçıların təqdim etdikləri paxlava, şəkərbura, badambura və əl işi olan şokoladlar böyük maraq doğurub. Təamlar barədə verilən qısa məlumatda bildirilib ki, təqdim edilən şirniyyatlar fiziki qüsurlu qadınlar tərəfindən hazırlanır və Azərbaycanda onların satışından əldə olunan gəlir həmin insanların ehtiyaclarına sərf olunur.

Riqa Ali Hüquq Məktəbinin qeyd edilən proqramı 1998-ci ildən fəaliyyət göstərir.

Dekabrın 21-dək davam edəcək proqram çərçivəsində iştirakçılar Brüsseldə, Lüksemburqda olacaq, yerli idarəetmə orqanlarında təcrübə keçəcəklər.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.