MƏDƏNİYYƏT


“Azərbaycan milli geyimləri” adlı fərdi yaradıcılıq sərgisi açılacaq

Bakı, 14 sentyabr (AZƏRTAC). Sentyabrın 17-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində dekorativ tətbiqi sənəti üzrə rəssam Kəmalə K.Janssonun “Azərbaycan milli geyimləri” adlı fərdi yaradıcılıq sərgisi açılacaq.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sərgi sentyabrın 20-dək kimi davam edəcək.

Kəmalə Kərimova 1971-ci ildə Bakıda anadan olub. 1986-1989-cu illərdə 84 nömrəli orta texniki peşə məktəbini çini və saxsı məmulatlarının rəngkarlığı ixtisası üzrə bitirib. Bir sıra mədəniyyət müəssisələrində rəssam kimi çalışıb.

Dörd ildir ki, İsveçin Onge əyalətində yaşayan K.Kərimova 2011-ci ildə bu əyalətdə “Azərbaycan milli geyimləri və tikmələri” adlı şəxsi muzey yaradıb.

Rəssamın həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgiləri keçirilib.

Dekorativ tətbiqi sənət ustasının məqsədi Azərbaycanın milli geyimləri və tikmələrini olduğu kimi təbliğ etmək və dünyaya tanıtdırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.