MƏDƏNİYYƏT
Azərbaycan milli geyimləri arxeoloji materiallar əsasında bərpa ediləcək
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Nuridə Hüseynova bu məqsədlə İstanbula ezam olunub. N.Hüseynova İstanbul Bərpa və Konservasiya Mərkəzinin və bölmə laboratoriyasının, təbii boya araşdırmaları və inkişafı laboratoriyasının işi ilə tanış olmaqla yanaşı, geniş təcrübə mübadiləsi aparıb.
Bununla əlaqədar “Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli, bu qurumun üzvləri Gülşən Hüseynova və Nuridə Hüseynova İstanbulda həmin laboratoriyaların rəhbərləri ilə görüşüb, gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin yeni layihəsinin əsas məqsədi Azərbaycan Rəssamlar İttifaqının üzvü, Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı, İB-nin fəalı Nuridə Hüseynovanın topladığı təcrübənin və etnoqrafik araşdırmalarının nəticəsində ilk dəfə Şirvan milli geyimlərinin bərpasına nail olmaqdır.