İDMAN


Azərbaycan milli komandası “Karate 1” Premyer Liqasında iştirak etmək üçün bu gün Tokioya yollanacaq

Bakı, 8 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Karate üzrə Azərbaycan milli komandası Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu turnirində - “Karate 1” Premyer Liqasında iştirak etmək üçün oktyabrın 8-də Yaponiyanın paytaxtı Tokioya yola düşəcək.

Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, milli komandamızın heyətində 12 idmançı tatami üzərinə çıxacaq.

Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi inzibati heyətdə vitse-prezident Rəhman Hətəmov, baş katib Mirhəsən Seyidov, baş hakim və beynəlxalq hakim Cahangir Babayev, eləcə də Vüqar Kərimov, media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov yer alıblar.

Baş məşqçilər Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Vahid Ayvazov, o cümlədən böyük məşqçi Seymur Hüseynov kumite turnirində on bir, kata yarışlarında isə bir idmançını müşayiət edəcəklər. Heyətə Firdovsi Fərzəliyev (60 kq) Tural Ağalarzadə, Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) daxil ediliblər.

Mövsümün 7 mötəbər Premyer Liqa turnirindən olan son Tokio mərhələsi, həm də noyabrda İspaniyada dünya çempionatına yekun hazırlıq yarışı olacaq. Milli komandamız Bakıya oktyabrın 16-da qayıdacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.