İDMAN


Azərbaycan milli komandası səfərdə Norveçlə heç-heçə edib

Bakı, 17 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 16-da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, doqquz qrupdan ibarət seçmə mərhələsində Azərbaycan milli komandası beşinci qrupda yer alıb. Sonuncu turda milli komandamız səfərdə Norveç seçməsi ilə üz-üzə gəlib.

Drammen şəhərindəki "Maryenlist" stadionunda təşkil olunmuş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bolqarıstanlı referi Volen Çinkov 9-cu dəqiqədə meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Fəhmin Muradbəyli bu şansdan yararlanmağı bacarıb. Lakin qələbə hesabını qorumaq mümkün olmayıb. Qarşılaşmanın 76-cı dəqiqəsində Leo Ostiqard hesaba tarazlıq gətirib.

Beləliklə, Rəşad Sadıqovun baş məşqçi olduğu yığma komanda 10 oyundan 3 xalla sonuncu pillədə oyunu başa vurub. Xallarını 15-ə çatdıran Norveç isə qrupu ikinci yerdə tamamlayıb və "play-off" mərhələsinə vəsiqə qazanıb.

Qrupun digər oyunlarında İsrail Kosovoya 3:0, Almaniya İrlandiyaya 2:0 hesabı ilə qalib gəlib.

Ötən ay Bakıda keçirilmiş görüşdə Azərbaycan millisi Norveç yığmasına 1:3 hesabı ilə məğlub olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.