CƏMİYYƏT


“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib

Bakı, 19 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələr, gənclər təşkilatlarının nümayəndələri və gənc könüllülərin iştirakı ilə “Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Əməkdar mədəniyyət işçisi, televiziya və radio aparıcısı Rahib Azəri, “1news.az” informasiya agentliyinin direktoru Rəhman Hacı, “ASAN Radio”nun direktoru Emin Musəvi çıxış edərək 1875-ci ildə böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi" qəzeti ilə əsası qoyulmuş milli mətbuatımızın keçdiyi yoldan və müasir dövrdə mətbuatımızın fəaliyyəti, sosial media, onun yaratdığı imkanlardan və yeniliklərdən bəhs ediblər.

Sonra gənclərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Müzakirə formatında təşkil olunan görüşdə 300-dən çox gənc iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.