Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan milli mətbuatının yaranmasının 141-ci ildönümü qeyd edilib [YENİLƏNİB] VİDEO

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 141-ci ildönümünə həsr olunan mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış media təmsilçiləri iştirak ediblər.

Mərasim Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar SƏFƏRLİ mərasimi açaraq əlamətdar gün münasibətilə jurnalistləri təbrik edib. Milli Mətbuat Gününün ölkəmizdə geniş qeyd olunduğunu vurğulayan icraçı direktor ötən 141 ildə Azərbaycan mətbuatının şərəfli yol keçdiyini deyib. O, son illərdə ölkəmizdə medianın inkişafı istiqamətində görülən işlərdən, milli mətbuata dövlət qayğısından danışıb. KİVDF-nin icraçı direktoru Azərbaycan milli mətbuatının yaranmasının 141-ci ildönümü münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə məlumat verib.

Bildirilib ki, 19 istiqamət üzrə aparılan müsabiqəyə 70 kütləvi informasiya vasitəsi tərəfindən 167 yazı təqdim olunub. Hər istiqamət üzrə 6 mükafat nəzərdə tutulub. Birinci yer üçün bir, ikinci yer üçün iki, üçüncü yer üçün isə üç qalib müəyyənləşdirilib. Ümumilikdə qaliblərin sayı 114 nəfərdir. Birinci yerin sahibi 500, ikinci yeri tutanlar 400, üçüncü yerə layiq görülən jurnalistlər isə 300 manat məbləğində mükafatla təltif ediliblər.

V.Səfərli vurğulayıb ki, builki müsabiqədə əvvəlkilərdən fərqli olaraq region KİV-ləri xüsusi fəallıq göstərib. O, ilin sonuna qədər əlavə müsabiqələrin də keçiriləcəyini diqqətə çatdıraraq bildirib ki, bu müsabiqələrin məqsədi jurnalistlərin peşəkarlığının artırılmasına, onların sosial şəraitinin yaxşılaşmasına və ictimaiyyətin məlumatlandırılmasına töhfə verməkdir.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV mərasimdə çıxış edərək milli mətbuatımızın 141 yaşı tamam olması münasibətilə bütün media nümayəndələrini təbrik edib. Əli Həsənov bildirib ki, mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımızın xalqımızın maariflənməsində, milli dəyərlərin təbliğində oynadığı mühüm rol, cəmiyyətimizin, milli dövlətçiliyimizin inkişafına verdiyi əvəzsiz töhfələr bu gün onun şanlı tarixi haqqında fəxrlə danışmağa tam əsas yaradır.

Prezidentin köməkçisi deyib ki, bu gün qlobal informasiya məkanında Azərbaycan mediasının uğuru həm də Azərbaycan xalqının uğurudur. Bu gün Azərbaycanı dünyaya bütün möhtəşəmliyi, müasirliyi, tolerant mühiti ilə təqdim edən jurnalistin imzası həm də Azərbaycan xalqının imzasıdır. Hər bir jurnalist sözü vicdanla, öz xalqını, dövlətini düşünərək deməlidir, milli maraqlarımızı müdafiə etməyi bacarmalıdır, əsrlər boyu uğrunda mübarizə apardığımız və hazırda fəxrlə yaşadığımız Azərbaycan dövlətini təbliğ etməli və qorumalıdır.

Professor Əli Həsənov tarixə qısa ekskurs edərək deyib: “Milli mətbuatımız XIX əsrin ikinci yarısında çar Rusiyasında cərəyan edən ictimai-siyasi, iqtisadi və mədəni proseslərin milli ucqarlara, o cümlədən Azərbaycana təsiri altında təşəkkül tapmağa başladı. 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas-alim, maarifçi və publisist Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin ilk nömrəsini nəşr etdirməklə Azərbaycan milli mətbuatının əsasını qoydu. İki ilə yaxın fəaliyyət göstərən və cəmi 56 nömrəsi işıq üzü görən bu qəzet Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Firudin bəy Köçərli, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Ələkbər Heydəri, Səid və Cəlal Ünsüzadə qardaşları, Məhəmməd Kəngərli kimi demokratik fikirli, saf əqidəli ziyalıları öz ətrafında birləşdirərək elm, maarif, mədəniyyət, ədəbiyyat, incəsənətin inkişafına mühüm töhfələr verdi, Azərbaycanda dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar etdi, xalqın mədəni tərəqqisi, azərbaycançılıq ideyasının təşəkkülü uğrunda ciddi mübarizə apardı. Maarifçilik xüsusiyyətləri ilə seçilən qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini müəyyənləşdirərək məktəb səviyyəsinə yüksəldi”.

“Əkinçi”nin ənənələrini davam etdirən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin”, “Ziyayi-Qafqaziyyə”, “Kaspi”, “Fyüzat”, “Təzə həyat”, “Həqiqət”, “Tərəqqi” kimi qəzet və jurnalların, bu nəşrlərin redaksiyalarında çalışan görkəmli ziyalıların milli mətbuatımızın inkişafında, xalqımızın maariflənməsində əvəzsiz xidmətlərini vurğulayan Prezident Administrasiyasının rəsmisi deyib: “Azərbaycan milli mətbuatı deyəndə göz önünə sözün gücü ilə xalqı düşündürməyi bacaran, onu qəhrəmanlıq salnaməsi yaradaraq firavan gələcək qurmağa sövq edən, bu gün də Həsən bəy Zərdabidən başlayaraq adları böyük hörmətlə xatırlanan tanınmış ziyalılarımız, maarifçilərimiz, onların tribunasına çevrilmiş qəzet və jurnal nüsxələri gəlir. Məhz bu səbəbdən biz tarix yaratmış o böyük şəxsiyyətlərin xatirəsini həmişə uca tutur və ehtiram göstəririk”.

Azərbaycan mətbuatının inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərindən danışan Əli Həsənov bildirib: “Müasir dövr jurnalistikamız ona görə ümummilli lider Heydər Əliyevi sevir və onun xatirəsini uca tutur ki, ulu öndər 1993-cü ildə - Azərbaycanın ən taleyüklü dövründə hakimiyyətə qayıtdıqdan sonra mətbuatın inkişafı məsələlərini digər mühüm problemlərin həllindən ayırmadı, ona daim diqqət və qayğı göstərdi. Böyük strateq kimi, Heydər Əliyev hesab edirdi ki, qloballaşan dünyada, informasiya əsrində azad və güclü media olduqca böyük təsir imkanlarına malikdir, dövlətçiliyin formalaşması və inkişafına əvəzedilməz töhfələr verə bilər. Buna görə də Heydər Əliyev “Əkinçi” qəzetinin nəşr olunmağa başladığı 22 iyul gününü Azərbaycanda Milli Mətbuat Günü elan etdi və 70 illik Sovet idarəçiliyi dövründə kölgədə qalmış ənənələr, mətbuatımızın şanlı tarixi özünə qaytarıldı. Heydər Əliyev söz və məlumat azadlığını, fikir plüralizmini Azərbaycanda Konstitusiya normasına çevirdi, milli mətbuatın inkişafı yolunda ciddi maneə olan senzuranı 1998-ci ildə aradan qaldırdı. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu və Azərbaycan dövləti mətbuat üzərində dövlət nəzarətindən imtina etdi. Məhz Ümummilli Liderin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən demokratik qanunvericilik bazası yaradıldı, mətbuata dövlət dəstəyi sistemli və ardıcıl xarakter aldı, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyuldu”.

Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın inkişafına hərtərəfli dövlət dəstəyini vacib şərt hesab etdiyini xatırladan Əli Həsənov deyib: “1998-ci ilin sonunda qəzet redaksiyaları əlavə dəyər vergisindən azad edildi, 2001-ci ildə qəzet kağızına gömrük rüsumları ləğv olundu, 2002-ci ildə KİV sahəsində layihələrin maliyyələşdirilməsi üçün büdcədən xüsusi vəsait ayrıldı, 2003-cü ildə qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları 3 il müddətinə donduruldu, 2005-ci ildə isə həmin vəsaitin dövlət büdcəsi hesabına ödənilməsi barədə Sərəncam imzalandı”.

Azərbaycanda əsasını Heydər Əliyevin qoyduğu media siyasəti və ənənələrinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən Əli Həsənov bildirib: “Xüsusi qeyd etmək istərdim və təcrübə də təsdiq edir ki, istənilən sahədə vəzifələrin həllinə sistemli və konseptual yanaşma Prezident İlham Əliyevin həyata keçirdiyi idarəçiliyin başlıca prinsipini təşkil edir. 2008-ci ildə imzalanmış “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nı təsdiq etməklə Azərbaycan Prezidenti medianın problemlərinin həllini konseptual çərçivəyə saldı və bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin sistemliliyini və ardıcıllığını təmin etdi. Ölkədə müstəqil, güclü, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan, Azərbaycanın haqq səsini qlobal informasiya məkanında müdafiə etməyi bacaran KİV-lərin formalaşması və inkişafı Prezident İlham Əliyevin media siyasətinin fəlsəfəsini təşkil edir. Nəzərə almalıyıq ki, qlobal şəbəkənin genişləndiyi, milli informasiya məkanlarının sərhədlərinin silindiyi, informasiya axını üzərində transmilli resursların monopoliyasının gücləndiyi bir dövrdə bu vəzifələrin icrası öz müstəqilliyini, identikliyini, milli-mənəvi dəyərlərini, tarixi ənənələrini qoruyub saxlamağa çalışan hər bir dövlət və xalq üçün həyati vacib məsələdir.

2003-cü ildən başlayaraq elektron KİV-lərin fəaliyyəti sahəsində əsaslı islahatların həyata keçirilməsi, “İnformasiya əldə etmək haqqında” Qanunun qəbul edilməsi və medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-lərin inkişafına dövlət dəstəyinin daha da genişləndirilməsi və həyata keçirilən digər çoxsaylı tədbirlər Azərbaycan Prezidentinin siyasi iradəsinin təzahürüdür və dövlətin artan maliyyə imkanları da bu sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün əlverişli şərait yaratdı. Azərbaycanda milli mətbuatın yubileylərinin dövlət səviyyəsində keçirilməsi, milli mətbuatın inkişafında xidmətləri olan KİV nümayəndələrinin dövlət mükafatları və fəxri adlarla təltif olunması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin reallaşdırılması, redaksiyalara birdəfəlik maliyyə yardımlarının ayrılması, yeni medianın inkişafının stimullaşdırılması və digər çoxsaylı tədbirlər ardıcıl xarakter almışdır. 2009-cu ildən ötən dövr ərzində Azərbaycan dövlət büdcəsindən KİV layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 40 milyon manata yaxın vəsait ayrılıb. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamları ilə KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi üçün 2005-ci, 2008-ci və 2016-cı illərdə redaksiyalara milyonlarla manat vəsait verilib. Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillərlə təmin edilir. Bilirsiniz ki, 2013-cü ildə jurnalistlərə 156 mənzil verilib, cari ilin sonuna isə daha 256 mənzilin jurnalistlər arasında bölüşdürülməsi məsələsinə baxılacaqdır. Ümid edirik ki, bu, hələ son deyildir”.

Prezident İlham Əliyevin jurnalistlərlə görüşdüyünü, onları qayğılandıran məsələlərlə maraqlandığını və qarşıda duran problemlərin həlli ilə bağlı vacib qərarlar qəbul etdiyini, jurnalistikanın inkişafı üçün dəyərli fikirlərini bölüşdüyünü və lazımi tövsiyələr verdiyini vurğulayan Əli Həsənov deyib: “Azərbaycan jurnalistikası cənab Prezidentin xidmətlərini yüksək qiymətləndirməklə yanaşı, onun çağırışlarına əməli şəkildə dəstək verir. Təsadüfi deyil ki, ölkə jurnalistləri 2010-cu və 2013-cü illərdə cənab İlham Əliyevi “Jurnalistlərin dostu” seçmişlər. Bundan başqa, bu gün aparıcı media qurumlarımız peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edərək Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında önəmli rol oynayırlar”.

Regionumuzda, dünyada baş verən hadisələrə və proseslərə nəzər salarkən olduqca ziyanlı təzahürlərin daha geniş vüsət aldığını xatırladan Prezident Administrasiyasının rəsmisi vurğulayıb: “Ayrı-ayrı ölkələrdə sabitliyin pozulması, vətəndaş qarşıdurmaları, sosial fəlakət və bu kimi digər mənfi hallar artıq günümüzün reallığına çevrilib. Qlobal informasiya məkanına nəzarət meyilləri güclənir, müxtəlif xarici dairələr transmilli media resursları vasitəsilə bütün dünyaya öz baxışlarını təlqin etməyə, insanları müəyyən maraqlar çərçivəsində istiqamətləndirməyə çalışırlar və əfsuslar ki, müəyyən mənada buna nail olurlar. Bu gün biz özlərini demokratiya nümunəsi kimi təqdim edən ölkələrdə ayrı-ayrı irqlərin, xalqların və dinlərin nümayəndələrinə qarşı dözümsüzlüyün geniş vüsət aldığını, multikultural dəyərlərdən, tolerantlıqdan geriyə dönüşü müşahidə edirik. Transmilli media isə ayrı-ayrı dairələrin maraq savaşına dəstək verir, müxtəlif ölkələrin daxili işlərinə müdaxilə edir, hakimiyyət çevrilişlərini, vətəndaş qarşıdurmasını stimullaşdırır.

Lakin biz fəxrlə deyə bilərik ki, əsrlərlə tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bu mənfi meyilləri inkar edir. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan ayrı-ayrı xalqların, etnik qrupların, dinlərin dinc yanaşı yaşadığı məkandır. Azərbaycan multikultural dəyərləri təşviq etməklə bütün dünyaya bir daha göstərir ki, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlar bir ölkədə, eyni torpaqda firavan, dostluq və qardaşlıq mühitində yaşaya bilərlər. Əlbəttə, burada Azərbaycan mediasının oynadığı rolu, cəmiyyətimizdə harmoniyanın güclənməsi üçün verdiyi töhfələri qeyd etməmək mümkün deyildir. Hesab edirəm ki, bu da Azərbaycan mediasının Azərbaycan Prezidentinin çağırışına cavabı, “Əkinçi” ənənələrinə sadiqliyinin təzahürüdür”.

Azərbaycan Prezidentinin köməkçisi çıxışını bu sözlərlə bitirib: “Mən bütün jurnalistlərimizə uğurlar, yeni yaradıcılıq nailiyyətləri arzu edirəm. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti də həmişə sizin yanınızda olacaq, sizin qayğılarınızı qarşılayacaqdır”.

Tədbirdə 22 iyul – Milli Mətbuat Günü münasibətilə KİVDF-nin keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun AMAŞOV mərasimdə çıxış edərək milli mətbuatımızın keçdiyi çətin və şərəfli tarixi yola nəzər salıb, xalqımızın həyatında “Əkinçi” qəzetinin oynadığı rolu xüsusi vurğulayıb. Qeyd edib ki, “Əkinçi” qəzeti Azərbaycanda uzun illərdən bəri yaranmış problemlərdən çıxış yollarını açıq-aydın göstərərək ölkəmizdə maarifçiliyin, milli oyanış hərəkatının inkişafında mühüm rol oynadı.

Mətbuat Şurasının sədri Azərbaycan dövlətinin mətbuatın inkişafına daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulayaraq, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamları bu diqqət və qayğının göstəricisi kimi dəyərləndirib.

Daha sonra Azərbaycan Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatı laureatlara təqdim olunub.

Qeyd edilib ki, hər il Milli Mətbuat Günündə - iyulun 22-də təqdim olunan mükafatın üç dərəcəsi var. Birinci dərəcə üzrə bir, ikinci dərəcə üzrə iki, üçüncü dərəcə üzrə beş laureat müəyyənləşdirilib. Ali Media Mükafatının birinci dərəcəsi üzrə laureat yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır. O, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin yaradıcılığından bəhs edən “İşığa gedən yol” romanına görə təltif edilib.

Mükafata görə minnətdarlığını bildirən Sona VƏLİYEVA deyib: “Mən bu mükafatı Azərbaycan xalqının həyatında hərtərəfli fəaliyyəti ilə nümunə olan böyük mütəfəkkir Həsən Bəy Zərdabinin adına alıram. Hesab edirəm ki, Azərbaycan xalqının ondan öyrənəcəyi çox məsələlər var. Bu mükafatı onun media sahəsində göstərdiyi əzablı və fədakar əməyinə verilən mükafat kimi qiymətləndirirəm. Eyni zamanda, bu mükafatı Azərbaycan xalqının həyatında, onun hüquq və azadlıqlarının müdafiəsində böyük fəaliyyətinə, ən əsası, Həsən Bəy Zərdabinin xalqına bəslədiyi sonsuz məhəbbətə verilən qiymət kimi qəbul edirəm. Bu mükafatı gələcək fəaliyyətimin ən böyük məsuliyyəti kimi qəbul edirəm”.

Ali Media Mükafatının ikinci dərəcəsi üzrə laureatlar - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Azərbaycan həqiqətlərinin təbliğindəki xidmətlərinə, Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənov media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunublar.

Mükafatın üçüncü dərəcəsi üzrə isə media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətlərinə görə “525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin Hüseynli, “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxan, jurnalist-publisist Aida Eyvazova, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, jurnalist-publisist Rəşid Hüseynov təltif ediliblər.

Daha sonra müxtəlif qurumların 2016-cı il ərzində fəallığına görə fərqlənən mətbuat xidmətlərinin, həmçinin KİV-lərin rəhbərlərinə “Bakcell” şirkətinin mükafatları təqdim edilib.

Mərasim konsert proqramı ilə davam edib.

Azərbaycan milli mətbuatının yaranmasının 141-ci ildönümü qeyd edilib [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

35 ailədən ibarət növbəti köç karvanı Füzuliyə çatıb

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO