İDMAN


Azərbaycan millisi Almaniya, Yunanıstan və Qazaxıstan yığmaları ilə qarşılaşacaq

Bakı, 6 dekabr, AZƏRTAC

On yeddi yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2019/2020-ci il mövsümünün ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupuna aid Azərbaycan yığması Almaniya, Yunanıstan və Qazaxıstan komandaları ilə birgə doqquzuncu qrupda mübarizə aparacaq.

Bu qrupun oyunları 2019-cu il noyabrın 13-dən 19-dək Yunanıstanda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.