İDMAN


Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək VİDEO

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 23-dən sentyabrın 8-dək qadın voleybolçular arasında Avropa çempionatı təşkil olunacaq. Qitə birinciliyinə Macarıstan, Polşa, Slovakiya və Türkiyə birgə ev sahibliyi edəcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisi çempionatda “C” qrupunda mübarizə aparacaq. Turnirdə voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya yığmaları ilə üz-üzə gələcəklər.

Millimiz ilk oyununu avqustun 23-də Xorvatiya yığmasına qarşı keçirəcək. Avqustun 25-də Azərbaycan–Hollandiya, ertəsi gün Macarıstan–Azərbaycan, ayın 28-də isə Azərbaycan–Estoniya görüşləri təşkil olunacaq. Yığmamız qrupda sonuncu oyununu avqustun 29-da Rumıniyaya qarşı keçirəcək.

“C” qrupunun oyunları Budapeştdə təşkil olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.