İDMAN


Azərbaycan millisi Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirinə qələbə ilə başlayıb

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-də Azərbaycan millisi Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirinə qələbə ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, Bakı Su İdmanı Sarayının ərazisində yerləşən Avropa Oyunları Parkında keçirilən turnirin birinci turunda millimiz Fransa yığması ilə qarşılaşıb.

Millimizin üstünlüyü şəraitində keçən oyunda futbolçularımız 4:1 hesabı ilə qələbə qazanıblar. Yığmamızın heyətində Asif Zeynalov het-trik edib, Əbdül Əliyev isə bir dəfə fərqlənib.

Yığma komandamız növbəti oyununu iyunun 23-də Belarus seçməsinə qarşı keçirəcək.

İlk oyun günündə Ukrayna yığması İsveçrəni 5:4, Portuqaliya millisi Belarusu 3:2, İtaliya komandası isə Almaniyanı 3:0 hesabı ilə məğlub edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.