İDMAN


Azərbaycan millisi Bakıda keçirilən arena polo üzrə Avropa çempionatına qələbə ilə başlayıb VİDEO

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Bakıda arena polo üzrə Avropa çempionatına start verilib.

AZƏRTAC xəbər verir ki, çempionatda Azərbaycan, Avstriya, İsveçrə və İspaniya komandaları birincilik uğrunda mübarizə aparırlar.

Yarış Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycan millisi yarışa qələbə ilə başlayıb. Avstriya ilə qarşılaşan poloçularımız rəqibini 6:4 hesabı ilə məğlub ediblər.

Digər oyunda isə İspaniya və İsveçrə yığmaları üz-üzə gəliblər. Görüş İspaniya millisinin 9:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Sentyabrın 18-də üçüncü yer uğrunda və final qarşılaşması keçiriləcək. Hər komandanın heyətində 3 idmançı yer alıb. Amma yığmalar müxtəlif sayda oyunçular təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.