İDMAN


Azərbaycan millisi Belarusda ikinci olub

Bakı, 11 may, AZƏRTAC

Futbol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Minskdə təşkil olunmuş UEFA İnkişaf turnirində sonuncu oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan yığması ilə qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq olan yığmamız 4:2 hesabı ilə qələbə qazanıb və turnirdə ikinci yeri tutub.

Millimiz ilk oyununda Farer adaları yığmasına 2:0 hesabı ilə qalib gəlsə də, Belarus ilə qarşılaşmada uduzub – 1:2.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.