İDMAN


Azərbaycan millisi Danimarka, Rusiya, Bosniya və Herseqovina, Malta və Monteneqro komandaları ilə qarşılaşacaq

Bakı, 30 aprel, AZƏRTAC

Aprelin 30-da UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında qadın futbolçulardan ibarət milli komandalar arasında final mərhələsi 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada təşkil ediləcək dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan millisi dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda “E” qrupunda Danimarka, Rusiya, Bosniya və Herseqovina, Malta və Monteneqro komandaları ilə mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.