İDMAN


Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 5 pillə irəliləyib

Bakı, 27 noyabr, AZƏRTAC

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası beş pillə irəliləyib. Millimiz 1180 xalla 109-cu pillədə qərarlaşıb. İrəliləyişə səbəb yığmamızın yoldaşlıq görüşündə Sloveniya, UEFA Millətlər Liqasının sonuncu matçlarında isə Monteneqro və Lüksemburqla qolsuz heç-heçə etməsidir.

Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. Fransa (1755) ikinci, Braziliya (1743) isə üçüncü pillədə yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.