İDMAN


Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 5 pillə irəliləyib

Bakı, 6 oktyabr, AZƏRTAC

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, avqust ayında açıqlanmış reytinq cədvəli ilə müqayisədə 5 pillə irəliləyən Azərbaycan milli komandası 1146 xalla 123-cü pillədə qərarlaşıb.

Siyahıya 1841 xalla Braziliya millisi başçılıq edir. Belçika millisi 1816 xalla ikinci, Argentina 1773 xalla üçüncüdür.

Növbəti reytinq cədvəli dekabrda açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.